Cəmiyyət
07 sentyabr 2020
316
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.
Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.
Bakı metrosu isə sentyabrın 15-dək işləməyəcək.
Daha çox xəbər:
Bu gündən sentyabrın 7-dək daha bir qadağa qüvvəyə mindi
CəmiyyətXüsusi karantin rejimi bu gündən daha bir ay uzadıldı
CəmiyyətBu tarixlərdə bütün ictimai nəqliyyat işləməyəcək
ÖlkəBu gündən bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılı ...
ÖlkəHəftəsonu bu şəhərlərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qada ...
Cəmiyyət