Cəmiyyət
31 avqust 2020
1013
Xüsusi karantin rejimi bu gündən daha bir ay uzadıldı
COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi bu gündən 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi 31 avqust saat 06.00-da başa çatmalı idi.
Bununla belə, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.
Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilib.
Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:
5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
Bakı metrosu isə 15 sentyabr saat 06.00-dək işləməyəcək.
Operativ Qərargah virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşları tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırır.
Daha çox xəbər:
Azərbaycanın bu şəhər və rayonlarında karantin bitdi
ÖlkəBu tarixlərdə bütün ictimai nəqliyyat işləməyəcək
Ölkə14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
CəmiyyətBu gündən SMS icazənin müddəti 3 saat oldu
ÖlkəBu gecədən etibarən metro və avtobusların hərəkəti dayandırılır — RƏSMİ
Cəmiyyət