Ölkə
31 avqust 2020
269
Azərbaycanın bu şəhər və rayonlarında karantin bitdi

Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər davam edəcək. qazet.az

Daha çox xəbər:

Xüsusi karantin rejimi bu gündən daha bir ay uzadıldı
Cəmiyyət
14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
Cəmiyyət
“ASAN xidmət”dən həftəsonları iş rejimi ilə bağlı — AÇIQLAMA
Cəmiyyət
Bu gecədən etibarən metro və avtobusların hərəkəti dayandırılır — RƏSMİ
Cəmiyyət
Sərt karantində bu rayonlarda işləməyəcək sahələr — SİYAHI
Cəmiyyət