Cəmiyyət
18 iyul 2020
325
Metronun açılmama səbəbi məlum oldu — VİDEO

Artıq məlum olduğu kimi avqustun 5-dək davam edəcək sərt karantin rejimi dövründə Bakı metropoliteni bağlı qalacaq.
AzTV-də yayımlanan “Hədəf" verilişində qonaq olan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev metronun bağlı qalması məsələsinə aydınlıq gətirib.
O bildirib ki, metropolitenin fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir:
“Metronun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virus düşdüyü halda bütün sistemi yoluxdura bilər. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində məhdudiyyətlər ictimai nəqliyyatdan ilk metropolitenə tətbiq edilir”.

Daha çox xəbər:

"Sərtləşdirilmiş karantin rejimini tətbiq etməklə biz bu uçurumdan geri dö ...
Cəmiyyət
Hikmət Hacıyev Arsen Xaratyanla debata çıxıb
Siyasət
Bakıda metronun fəaliyyəti dayandırılır — SON DƏQİQƏ
Gündəm, Ölkə
Bazar günündən iyulun 5-dək qoyulan qadağaların — TAM SİYAHISI
Cəmiyyət
Bu gün ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək? — RƏSMİ AÇIQLAMA
Cəmiyyət