Cəmiyyət
24 iyul 2020
288
Ağsu rayonunda geniş abadlıq-quruculuq işləri aparılır və əhalinin sosial rifah halı yaxşılaşdırılır
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə dövlət qulluqçularının xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Bütün vəzifəli şəxslər aparılan islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdır.
Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm Sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir. Rayon rəhbərlərinin daha perspektivli kadrlarla əvəzlənməsi, eləcə də nöqsanlı işləyən başçıların işdən çıxarılaraq cəzalandırılması ölkə əhalisində dövlətə, onun rəhbərliyinə qarşı daha böyük inam və parlaq gələcəyə qırılmaz ümid hissi yaradır.
Xeberci.info olaraq Ağsu rayonunda aparılan abadlıq-quruculuq işlərinə diqqət yetirmək istədik.
Ağsu rayonu ərazisində də karantin rejiminin tələbləri qüsursuz şəkildə icra edilir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Vahid Tağıyevin əsas diqqət ayırdığı məsələ rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks profilaktiki tədbirlər davam etdirilməsidir. Bununla yanaşı, xüsusi karantin rejiminin olmağına baxmayaraq abadlıq-quruculuq işlərinin aparılması və rayon sakinlərinin sosial problemlərin də qısa müddətdə həll olunmasıdır.
RİH başçısı qayğıları yığılıb qalmış ağsuluların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki Bayraq meydanı, Dövlət Rəmzləri muzeyi və Gənclərin İnformasiya mərkəzi inşa olunur, park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, yollar genişlənir bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon əhalisinin fasiləsiz elektrik enerjisi və dayanıqlı rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır. Köhnə elektrik dayaqları və xəttləri dəyişdirilir, kabelləşmə işləri aparılır. “Ağsu” elektrik yarımstansiyası yenidən qurulmuşdır. Bundan başqa onlarla kənd yaşayış məntəqələrini qidalandıracaq yeni inşa olunan “Ağabəyli” elektrik yarımstansiyasının yaxın günlərdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
On illiklərdir ki, Ağsu şəhərinin şimal hissəsində H.Əliyev küçəsinin sol tərəfindəki məhəllələrin sakinləri həmin küçənin altından keçən su ötrücünün sıradan çıxması səbəbindən suvarma suyundan istifadə edə bilmirdilər. Cari ilin iyul ayında küçədə qazıntı işləri aparılaraq su ötrücü normal vəziyyətə gətirildi. Hazırda həmin ərazidə yaşayan sakinlərin suvararma suyu ilə təminatında heç bir çətinlik yoxdur və onlar görülmüş bu işdən öz razılıqlarını ifadə edirlər.
Hazırladı: Rüstəm Zahidoğlu
Xəbərci.info-nun təsisçisi
Xəbərci.info-nun təsisçisi
Daha çox xəbər:
Lənkəranda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident ...
Gündəm, ÖlkəAzər Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə i ...
CəmiyyətAsif Əsgərov: Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığın ...
Gündəm, SiyasətRüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların p ...
Gündəm, CəmiyyətPrezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mər ...
Gündəm, Siyasət