Cəmiyyət
28 iyul 2020
356
Səfərbərlikdən könüllülərə niyə zəng edilir? – RƏSMİ CAVAB

Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub.
“Edilən zənglər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edən vətəndaşların anket məlumatlarının dəqiqləşdirilməsi xarakteri daşıyır”, – o bildirib.

Daha çox xəbər:

Döyüşlərə qatılmaq istəyən yeddi min nəfər qeydiyyatdan keçib — RƏSMİ
Ölkə
Prezidentin çağırışından sonra minlərlə gənc səfərbərlik üçün qeydiyyata al ...
Siyasət
Cəbhəyə getmək istəyənlər oxusun — RƏSMİ MÜRACİƏT
Ölkə
Gənclər döyüşə getmək üçün müraciət edib — RƏSMİ
Ölkə
Əsgərliyə yolasalma başladı
Gündəm, Cəmiyyət