Cəmiyyət
30 iyul 2020
253
Daşkəsəndə polis əməkdaşı 103 baş quzunu alıb pulunu ödəmədi
Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia edirlər.
Sakinlər iddia edirlər ki, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları Seymur və Ceyhunla birgə, polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər.
Daha çox xəbər:
İcazəsini yoxladığı qadına "Facebook"da yazan polis işdən çıxarıldı — RƏS ...
KriminalAzərbaycanda 2 polis koronavirusdan vəfat etdi
KriminalPolis cərimə ödəyən şəxsə qəbz verməyib? - DİN-dən açıqlama
CəmiyyətAzərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu
KriminalBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal