Kriminal
22 iyul 2020
328
İcazəsini yoxladığı qadına "Facebook"da yazan polis işdən çıxarıldı — RƏSMİ
Bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma başlanılmışdı.
DİN-dən Anews.az-a verilən açıqlamaya görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, "Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.
Daha çox xəbər:
Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi
KriminalQanunu pozan polis cəzalandırıldı, vətəndaş Prezidentə təşəkkür etdi — VİDE ...
Gündəm, CəmiyyətPolis zibil atanlardan üzr istəyib? – RƏSMİ
ÖlkəYasamalda qadına “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
KriminalDİN-dən “cəzalanacaqlar” açıqlaması — “O POLİSLƏR…”
Cəmiyyət