Cəmiyyət
09 iyun 2020
375
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon – STATİSTİKA

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.
Yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.
Əvvəllər ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.
Binəqədi rayonunda koronavirusa yoluxma 12 faiz, Xətai rayonu 11,3 faizdir.
Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma 11,2 faiz, Nərimanovda 9,6 faiz, Suraxanıda 9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü vəfat edib, 3406-sının xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb. /Yeniavaz.com/

Daha çox xəbər:

Abşeronda bir ailənin 6 üzvü koronavirusa yoluxdu — VİDEO
Kriminal.jpg)
Koronavirusla bağlı son STATİSTİKA
Dünya
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Cəmiyyət
Azərbaycanda əməkdaşlarında koronavirus aşkarlanan iş yerlərinin SİYAHISI
Gündəm, Cəmiyyət
Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət