Cəmiyyət
01 avqust 2020
249
Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı
"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min alınır. Maaşdan başqa gəlirim yoxdur”.
Bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
E.Qədirli xərclərini də açıqlayıb:
1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)
Hazırda maaş kartımda 9,860 manat 59 qəpik var”
Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon, 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.
Daha çox xəbər:
Hər bir ailəyə 300 manat veriləcək? — AÇIQLAMA
SosialAzərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı
ÖlkəMaskanın qiyməti 5 qəpik olsun – Milli Məclisdə məsələ qaldırıldı
CəmiyyətAzərbaycanda “uşaq pulu”veriləcək? — 400-600 manat....
Cəmiyyətİşığı yandırıb-söndürmək üçün işçi axtarılır – Maaş 2300 dollar
Cəmiyyət