Cəmiyyət
05 avqust 2020
312

Şəhid polkovnik İlqar Mirzəyevin barelyefi hazırlanır

Şəhid polkovnik İlqar Mirzəyevin barelyefi hazırlanır


Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.
Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünə ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.

Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan gənc heykəltəraşın vətənpərvərlik hisləri ilə ərsəyə bu işlər heç də ilk deyil. Daha əvvəl - 2012-ci ildə şəhid Mübariz İbrahimovun kompazisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın partret heykəlinin, Səməndar Rzayevin büstünün də müəllifidir.