Cəmiyyət
12 avqust 2020
289
Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən hazırda ölkədə 2380 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 226 nəfər reanimasiyada, 46 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 33 730 nəfər virusa yoluxub, 30 856 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 6318 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 796 459 test aparılıb.
Qeyd edək ki, bu gün 84 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 214 nəfər sağalıb.

Daha çox xəbər:

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı — ŞAD XƏBƏR
Ölkə
Süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı azaldı
Ölkə
Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi
Cəmiyyət
Azərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıql ...
Cəmiyyət
Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub — 3 nəfər vəfat edib
Ölkə