Cəmiyyət
13 avqust 2020
286
“Azərbaycanda ikinci dalğa olmayacaq” — Tanınmış həkim
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ qaranlıq tuneldə qəfil yanan işıq effekti verir. İnsanlar, nəhayət ki, sevinməyə başlayır və ağrılı-acılı günlərin geridə qaldığına ümid edirlər.
Mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri vəziyyətin tədricən düzələcəyini deyir, bəziləri isə payızda baş verəcək ikinci dalğadan danışırlar.
Tanınmış oftalmoloq Paşa Qəlbinur bu barədə “Sherg.az”a münasibət bildirərkən nikbin proqnoz verib: “Azərbaycanda ikinci dalğa olmayacaq. Buna coğrafi mövqeyimiz imkan verir. Əlbəttə, proqnozum səhv də ola bilər. Lakin mən falçı deyiləm, fikrimi elmi araşdırmalara, təcrübələrimə uyğun deyirəm. Hələ aylar əvvəl demişdim ki, koronavirusdan ən az əziyyət çəkən ölkə Azərbaycan olacaq. Proqnozumun özünü doğrultduğunu gördünüz. Payız üçün isə yaxşıya ümid edək”.
Daha çox xəbər:
COVID-19 virusu bu tarixdə yoxa çıxacaq – Tanınmış həkim açıqladı
ÖlkəAzərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu
CəmiyyətÇindən XƏBƏRDARLIQ — İkinci dalğa başlayıb
DünyaSon dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, ÖlkəDünyanın gözlədiyi sevindirici xəbər — “Virus zəifləyir, ikinci dalğa olmay ...
Dünya