Cəmiyyət
18 avqust 2020
311
"ASAN xidmət"in səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.
Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.

Daha çox xəbər:

Prezident nazirliyə yeni səlahiyyət verdi — FƏRMAN
Gündəm, Siyasət
“Kim “ASAN xidmət”i bəyənməyə bilər?” - Prezident
Gündəm, Siyasət
İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇI ...
Ölkə
8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edildi
Ölkə
İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
Gündəm, Siyasət