Cəmiyyət, Video
07 sentyabr 2020
271

Eks-deputatın səsyazısı yayıldı - Audio

Eks-deputatın səsyazısı yayıldı - Audio


Xəbər verdiyimiz kimi, dünən azadlığa çıxan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev onunla bağlı bəzi məlumatlar paylaşan saytları cəzalandıracağını bildirib.

O qeyd edib ki, iki gün ərzində açıqlamasının audioyazısı mediada verilməsə, xəbəri yayanları cəzalandıracaq:

"Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq, onu nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır".

"Qafqazinfo" xəbər verir ki, demokrat.az saytı sabiq deputatın ittihamlarına cavab olaraq sözügedən səsyazısını yayıb.

Qeyd edək ki, eks-deputat həmin açıqlamada kefinin yaxşı olduğunu və danışmaq istəmədiyini bildirib.