Siyasət
04 sentyabr 2020
1083
Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na REAKSİYA

“Son günlər baş verənlər barədə danışmaq istəmirəm”.
Bunu Modern.az-a sabiq Baş nazir, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.
Novruz Məmmədov məlum hadisələr barədə susmağı üstün tutub.
Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir müddət öncə ölkədə davam edən karantin qaydalarını pozaraq qızına toy edib. Məlum toya bəzi tanınmış ictimai-siyasi simaların da qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, mərasimdə iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
AMEA prezidenti Ramiz Mehdiyev isə öz ünvanına səslənən fikirlərə cavab olaraq akademiyanın saytında ard-arda dörd geniş materialla çıxış edib.

Daha çox xəbər:

Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı
Gündəm, Ölkə
Ramiz Mehdiyev məzuniyyətə çıxdı
Gündəm, Siyasət
Ramiz Mehdiyevin nəvəsinin toyundan video yayan şəxs məlum oldu — İDDİA
Siyasət
DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA — VİDEO
Siyasət
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir - Video
Gündəm, Cəmiyyət