Siyasət
04 sentyabr 2020
1058

Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na REAKSİYA

Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na REAKSİYA


“Son günlər baş verənlər barədə danışmaq istəmirəm”.
Bunu Modern.az-a sabiq Baş nazir, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.

Novruz Məmmədov məlum hadisələr barədə susmağı üstün tutub.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev bir müddət öncə ölkədə davam edən karantin qaydalarını pozaraq qızına toy edib. Məlum toya bəzi tanınmış ictimai-siyasi simaların da qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, mərasimdə iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

AMEA prezidenti Ramiz Mehdiyev isə öz ünvanına səslənən fikirlərə cavab olaraq akademiyanın saytında ard-arda dörd geniş materialla çıxış edib.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli