Cəmiyyət
24 sentyabr 2020
455
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Manaf Səmədzadə
Şər və Böhtan yazanlara tutarlı cavab - Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadədə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Manaf Səmədzadə Yardımlı rayon Təhsil Şöbəsini şəxsi biznesinə çevirib". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə - Mənim prezidentim daim ölkəm üçün çalışır
Müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin layiqli varisi olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 17 illik fəaliyyətinə nəzər saldıqda,onu xalqını qəlbən sevən, dərin erudisiyalı.qətiyyətli,dövrün çağırışlarına çevik cavab verən bir lider olduğunu görürük. Möhtərəm prezidentimizi dünyada güclü bir siyasətçi kimi qəbul edilir və ona daim hörmətlə yanaşırlar.Onun apardığı düşünülmüş.uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı son illər sürətli və dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə.bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Müharibə şəraitində yaşayan Azərbaycan eyni zamanda bölgədə ən müasir silahlarla təmin olunmuş güclü orduya sahib olmuşdur.Bu da iyul ayında Tovuz hadisələrində bir daha özünü parlaq şəkildə göstərdi.Torpaqlarımızda təxribat törətmək istəyən düşmən ordumuzdan güclü zərbə aldı və Azərbaycan ordusunun əzmi qarşısında geri çəkilməli oldu.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən cənab Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların həyata keçirilməsini pandemiya zamanı nəinki dayandırmadı.əksinə daha da dərinləşdirdi.Onun apardığı bu islahatlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılandı və müdafiə olundu.Möhtərəm prezidentimiz karantin günlərində də daim diqqətini iqtisadiyyatın inkişafına,sadə vətəndaşın həyat rifahının yüksəldilməsinə yönəltdi.
Belə ki.14 sentyabr 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışında cənab prezident bir daha ölkə iqtisadiyyatının inkişafını öz fəaliyyətinin prioritet amili olduğunu bəyan etdi:”Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.
Xaricdə yaşayan soydaşlarımıza daim böyük diqqət göstərən dövlət başçımız respublikamızın inkişafında dünya azərbaycanlılarının da iştirakını görmək istəyir.onların imkan və səylərini dövlətimizin inkişafı üçün vacib məqam hesab edir: ”Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir və onların fəaliyyəti üçün dövlətimiz geniş imkanlar yaradır. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın,o cümlədən Azərbaycan gəncinin sosial rifahına yönəlib
“Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.”
Bu gün cənab Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə aparılan islahatlar ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 17 ildə ölkəmizin həyatının müxtəlif sferalarında- istər iqtisadiyyat və ya mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində baş verən dinamik inkişaf Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.Xalq öz prezidentini sevir və daim ona dəstəyini nümayiş etdirir.Bu güc,bu birlik-həmrəylik əbədidir,tükənməzdir.
Daha çox xəbər:
Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində ...
BölgəArzu xanım Alızadə: İlham Əliyev - inkişafımızın qarantı
Gündəm, CəmiyyətRamin Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Gündəm, BölgəMəhərrəm Novruzov: Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nü ...
Gündəm, Ölkə