Cəmiyyət
16 iyun 2020
346
ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istədi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.
ÜST ofisindən “Ölkə.Az”a daxil olan mətndə deyilir:
“Əziz dostlar,
Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.
Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Daha çox xəbər:

BMT-nin Azərbaycandakı nümayəndəsi — “Virusa qalib gəlməsək...”
Cəmiyyət
Sosial şəbəkələrdə yayılan video ilə bağlı - TƏBİB-dən açıqlama
Cəmiyyət
Nabrana rekord sayda turist səfər edib — HƏFTƏSONU…
Cəmiyyət
Hamını “Evdə qal”mağa səsləyən ÜST rəsmisi Quba və Qusarda dincəlir — FOTO ...
Gündəm, Ölkə.jpg)
Son dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, Ölkə