Cəmiyyət
26 iyun 2020
334
BMT-nin Azərbaycandakı nümayəndəsi — “Virusa qalib gəlməsək...”
“Virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Qulam İshaqzai qeyd edib ki, pandemiya ilə mübarizə fonunda lazımi yardımlar göstərilir və sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə müvafiq müzakirələr aparılır:
“Azərbaycanda və bütün dünyada məlum təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər yaşanıb. Lakin biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq. Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlərə hər birimiz kiçik addımlarla töhfə verə bilərik ”. yenicağ.az
Daha çox xəbər:
"Antiviral dərmanlar niyə bizdə yoxdur?" — Qalib Əsədovdan HƏYƏCAN TƏBİLİ
CəmiyyətPandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? — RƏSMİ
Gündəm, Ölkə“Karantin qaydalarına əməl etməyiblər” – TƏBİB sədrinin qohumları VİRUSA YO ...
CəmiyyətSon dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, ÖlkəBakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR — Hələ 5-6 ay...
Gündəm, Ölkə