Cəmiyyət
26 oktyabr 2020
491
İmamverdi İsmayılov: Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Milli məclisin deputatı İmamverdi İsmayılov - Qubadlı işğaldan azad olundu. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə başlanılan əks hücumlar nəticəsində Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən 23 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun 4 kəndi-Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri, eləcə də Qubadlı şəhəri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur.
Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Xeberim.info rəhbərliyi və kollektivi olaraq, bu münasibət ilə bütün Qubadlıları və cənab Milli məclisin deputatı İmamverdi İsmayılovu təbrik edirik!
İllərdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsində törədilən cinayətlər MİNSK qrupu tərəfindən həll yolunu tapmamaqdadır.
Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Amma niyə görəsə bəzi dırnaqarası söz sahibi olan ölkələr susmaqdadır. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca ikinci dəhşətli hücum nəticəsində 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Azərbaycan xalqına qarşı törədilən bu vəhşilik cinayətdir və Cenevrə Konvensiyasına ziddir.
Beynəlxalq ictimaiyyəti döyüş bölgəsinə aidiyyatı olmayan, xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terrora, Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa çağırırıq.
Artıq 30 il ərzində torpaqlarımız düşmən tapdaqları altında qalaraq, tarixi abidələrimiz, yaşayış məkanlarımız amansızcasına dağıdılmışdır.
Bu gün Azərbaycan ordusu öz səlnaməsini yazır. Qorxudan silahlarını yerə qoyub qaçan erməni əsgəri Azərbaycan ordusunun rəşadətinin, vətəni qorumaq əzminin, gücünün fərqindədir. Azərbaycan ordusu qarşında aciz qalan, bütün cəbhə boyu məğlubiyyətə uğrayan ermənilər öz uğursuzluqlarının acısını dinc əhalidən çıxarmağa çalışırlar.
Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazisində döyüşür, ermənilərdən fərqli olaraq mülki əhali ilə müharibə aparmır, tam əksinə, döyüş meydanında düşmənə layiqli cavablar verilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə bu gün biz təhsil işçiləri vətənimizin hər qarış torpağının geri qaytarılması üçün verilən təlimata hazırıq. Bütün qəlbimlə qələbənin bizim olacağına inanıram. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Daha çox xəbər:
Malik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin ...
Gündəm, ÖlkəPrezident: "Yeni yaşayaş məntəqələri işğaldan azad olunub" - SİYAHI
Gündəm, SiyasətMehriban Əliyevadan Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı payl ...
Gündəm, Siyasətİmamverdi İsmayılov: Artıq Zəngilan bizimdir!
Gündəm, CəmiyyətRamil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”
İdman