Gündəm, Ölkə
27 oktyabr 2020
438

Malik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir

Malik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir


Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov - Qubadlı işğaldan azad olundu. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə başlanılan əks hücumlar nəticəsində Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən 23 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun 4 kəndi-Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri, eləcə də Qubadlı şəhəri müzəffər ordumuz tərəfindən işğaldan azad olunmuşdur.
Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!


Xeberim.info rəhbərliyi və kollektivi olaraq, bu münasibət ilə bütün Qubadlıları və cənab Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqovu təbrik edirik!

Malik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri çox qısa müddətdə bir-birinin ardınca torpaqlarımızı işğalçılardan təmizləyir. Vətənimizdə baş verən hadisələrə hamı kimi, mən də layeqd qala bilmirəm.Bir vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı mübarizə, qazanılan zəfərlər mənim ürəyimi qürur hissi ilə doldurur. Hər gün, hər saat cəbhədən qələbə xəbəri gözləyirik. Illərlə vətən həsrəti çəkən qaçqın və məcburi köçkünlər in hər kəndimizin, hər yüksəkliyimizin alınmasına göstərdiyi sevinc ürəyimizi kövrəldir.

Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir. Müzəffər ordumuzun peşəkar, yüksək təhsilli zabitlərinin yetişdirilməsi onun birbaşa diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun yüksək texnologiya silahları ilə təminatı onun göstərişi ilə baş vermisdir. Hakimiyyətdə olduğu bütün illər ərzində prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirmişdir.Bu gün biz müharibəni təkcə cəbhədə yox,həmçinin qlobal informasiya şəbəkəsində,dünyanın siyasi arenasında da aparmağa məcburuq.Biz quruculuq işləri ilə məşğul olarkən düşmənlərimiz bütün dünyada bizə qarşı mənfi imic formalaşdırmaqla məşğul idilər.Amma bu gün çox qürurverici bir haldır ki, dövlət başçımız bu stereotipləri də öz zəkası ilə darmadağın etməkdədir. Dünyanın bir çox aparıcı media şirkətləri obyektivlik nümayiş etdirərək hər iki dövlət başçısı ilə müsahibələr aparır və yayınlayır.

Malik İsaqov: Bu gün Ordumuzun qazandığı qələbələr Prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir


Prezidentimizin dəqiq, soyuqqanlı arqumentlərə və tarixi faktlara söykənən cavabları qarşısında digər tərəfin tutarsız kəkələmələri çox gülünc görünür. Həm müsahibəni aparan jurnalistlər həm də dinləyicilər İlham Əliyevin əsl siyasətçi zəkasına heyran olur. Bütün dünya bizim haqq səsimizi eşidir və anlayır ki xalqımız dövlətimizlə birlikdə 30 illik ədalətsizliyi aradan qaldırır. Ordumuz beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyüny bərpa edir. Çünki 26 ildir aparılan danışıqlar işğalçı dövlətin şüursuzluğu nəticəsində heç bir fayda vermədi. Həm Ermənistanın həm də separatçı quldur rejimin başçıları həm çıxışları ilə özlərini bütün dünyada biabır etdilər,onlara heç havadarları da kömək edə bilmir. Çünki biz artıq 90-93-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyilik. Bizim zəngin və güclü dövlətimiz var, bizim hər sözündə, hər əməlində xalqa arxalanan prezidentimiz və prezidentə sonuna qədər güvənən xalqımız var. Bu gün millətindən,dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla döyünür. Biz prezidentimizin ətrafında yumruq kimi birləşmişik və əminik ki bu birlik bizi böyük zəfərə aparacaq! Allah prezidentimizi qorusun! Allah əsgərlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!

“Bu gün hər birimizin qəlbi qürur hissi ilə döyünür. Müstəqilliyimizi elan etsək də, onun tam şirinliyini dadmağa imkan vermədilər. Amma Azərbaycan öz qəti mövqeyini ortaya qoyaraq öz haqq səsini ucaltdı və sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu düşməni növbəti hərbi təxribatına cavab olaraq öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizəyə qoşuldu. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və ona güvənir.

Bu gün müzəffər Azərbaycan Ordusu 30 ildən artıqdır ki, kağız üzərində qalan BMT qətnamələrinin icrasını yerinə yetirir. Yaşasın Prezidentimiz, xalqımız və şanlı Ordumuz!

Qarabağ Azərbaycandır!