Cəmiyyət
02 noyabr 2020
194
“Washington Times” qəzetində Ermənistanın cəfəngiyatının mahiyyəti açıqlanıb
ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanov "Washington Times" qəzetinə müsahibəsində son zamanlar bəzi mətbu orqanlarında guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovet sayağı təbliğat olduğunu bildirib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.
Səfir “Waşinqton Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. “Azərbaycan Silahlı Qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə səfir vurğulayıb.
E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.
Sözügedən məqalə ilə //www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.
Eyni zamanda nüfuzlu “Neweek” jurnalına ABŞ-dakı president seçkilərini şərh edən səfir bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır. Səfir bu xüsusda Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun göstərdiyi təzyiqləri maneçilik törətdiyini bildirib.
Daha çox xəbər:
Azərbaycanlı səfir Perunun nüfuzlu telekanalında erməni terrorundan danışıb
SiyasətAzərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “ ...
DünyaErmənistanın təxribatları dünya mediasında
DünyaBelarusdakı aksiyaları dəstəkləyən səfir istefa verdi
DünyaDaha bir səfir geri çağırıldı
Siyasət