Cəmiyyət
24 noyabr 2020
226
BQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində 4 dəfə artım olacağını açıqlayıb.
Bu barədə RBK-ya müsahibəsində bildirib.
“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o deyib.
P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır.
Daha çox xəbər:

Ermənilərin əsir götürdüyü Aminlə bağlı əmisindən AÇIQLAMA
Cəmiyyət
Əsir düşən Bayramın atası BQXK-nın ofisinə çağırıldı
Cəmiyyət
Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA
Cəmiyyət
Ceyhun Bayramov BQXK-nın baş direktoru ilə görüşüb
Siyasət
Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən məbləğ açıqlandı
İqtisadiyyat