Cəmiyyət
25 noyabr 2020
174
"Şuşaya kanatla qalxdıq,14 saat kəşfiyyatdan sonra 400 nəfər..." Kəşfiyyatçı Şuşanın AZAD EDİLMƏSİNİN GİZLİNLƏRİNDƏN DANIŞIR
Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə aparan hərbçilərimizdən biri - kəşfiyyatçı Alik Məmmədov Şuşanın necə azad edildiyi barədə danışıb.
A.Məmmədov bildirib ki, Şuşadakı döyüşə bıçaq, tapança və "limonka" ilə daxil olublar: "Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər Şuşaya yaxınlaşmalı və o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımız Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi".
Kəşfiyyatçı qeyd edib ki, qayaları dırmaşdıqdan sonra əlbəyaxa döyüşə başlayıblar: "Dəqiq deyə bilməyəcəm, təxmini desəm, həmin hücum anı 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb".(Bakipost.az)
Daha çox xəbər:
”Əlbəyaxa döyüşdə düşməni məhv etdik" - Prezident Şuşanın azad edilməsində ...
Gündəm, SiyasətErməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
HadisəDünya Azərbaycan əsgərinin Şuşadakı döyüşündən danışır
DünyaŞuşanın azad edilməsi Nyu-Yorkda belə qeyd edildi
DünyaLos-Ancelesdə yaşayan azərbaycanlı: “Gördüm ki, erməninin biri üzümə alışqa ...
Kriminal