Cəmiyyət
02 dekabr 2020
1235
Könül xanım Kərimova: Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Könül xanım Kərimovadır.
Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Könül xanım Kərimova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Könül xanım Kərimova bu işin müqəddəsliyini qoruyub saxlayır. Könül xanım Kərimova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Məktəb 1947-ci ildə əmək fəaliyyətinə başlayıb. Erməni qəsbkarlarının təcavüzü nəticəsindən sonra, yəni 1993-cü ilin iyulun 23-nə qədər Ağdamda, 1994–cü ilin yanvar ayından isə Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində əmək fəaliyyətini davam etdirir. Hal-hazırda yəni 2017-ci il sentyabr ayının 15-də Masazır qəsəbəsində yerləşən qaçqın şəhərciyindəki Zəngilan 33 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.
Məktəbin direktoru: Könül Əsgər qızı Kərimova
Kərimova Könül Əsgər qızı 20.07.1969-cu ildə Ağdam şəhərində anadan olub. 1977-1984cü illərdə Ağdam şəhər 1 nömrəli musiqi məktəbini bitirib. 1984-1988-ci ildə Üzeyr Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Texnikumunun Fortepiano şöbəsinə daxil olmuş, 1988-ci ildə həmin musiqi məktəbini “Fərqlənmə diplomu” ilə bitirmişdir. 1988-ci ildə Üzeyr Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano şöbəsinə daxil olmuş və 1993-cü ildə həmin məktəbi Müəllim Konsertmeystr ixtisası üzrə bitirmişdir. 1998-1999-cu illərdə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılmasının və Yenidən Hazırlanması İnistutunda Musiqişünaslıq İxtisasartırma kursunu bitirmişdir. İlk dəfə musiqi sahəsində əmək fəaliyyətinə 1987-1988-ci ildə Ağdam rayon Güllücə kənd musiqi məktəbində fortepiano ixtisası üzrə müəllimlik fəaliyyətinə başlamışdır. 1988-1997-ci ildə Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Texnikumunda müəllim işləmişdir. 1997-ci ildən bu günə qədər Xan Şuşuniski adına Ağdam Muğam uşaq musiqi məktəbində müəllimlik fəaliyyətin davam etdirmiş və 2015-ci ildən hal hazıradək fortepiano şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Eyni zamanda 2012-2018-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində fortepiano müəllimi işləmişdir. Bununla yanaşı Türkiyə, Qazaxıstan və Ukranyada keçirilmiş Beynəlxalıq Müsabiqələrdə iştirakına görə Beynəlxalq Dərəcəli Sertifikatlarla mükafatlandırılmışdır.
Sorğu apardıq ağız dolusu Könül xanım Kərimovadan danışdılar yaxşı ki, Könül xanım Kərimova Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktorudur… Könül xanım Kərimova öz isguzarlığı ilə tanınır və seçilir….
Könül xanım Kərimova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Könül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Könül xanım Kərimova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Könül xanım Kərimova özünü doğruldub. Bizdə hörmətli Könül xanım Kərimovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Könül xanım Kərimova - 20 noyabr 2020-ci ildə Ağdam işğaldan azad edildi. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində ermənilər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri vardı. İşğaldan sonra ermənilər Ağdamla çox qəddar davranıblar və yer üzündən siliblər. Məscidə isə heyvanları salıblar, bunların fotoları erməni vəhşiliyini bir daha dünyaya göstərir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
Ağdamın işğaldan azad olunmasından dərhal sonra ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər.
Ali Baş Komandan İlham Əliyev Ağdamın dağıntıları arasında az-çox salamat qalan yeganə tikili olan Ağdam Cümə Məscidini ziyarət edib.
Prezidentin əsas dayanacaq kimi Ağdam Məscidində durması oranın Ağdamın simvoluna çevrilməsidir. 27 il ərzində ayaqda dayanmağı bacaran Ağdam məscidinə Prezidentimizin və birinci xanımın ayaqyalın daxil olması hər bir azərbaycanlını çox təsirləndirdi.
Artıq Ağdam və onun Cümə məscidi azaddır, çox tezliklə Ağdam məscidi təmir olunacaq.
Prezident İlham Əliyev: “İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Bizim böyük planlarımız var.” “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, etdikləri cinayətlərə görə cavab verəcəklər.”
Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək.
İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil.
Ermənistanı bu günə salan qonşular nifrət tərbiyəsinin, təbliğatının davam etməsi, Azərbaycana, Türkiyəyə ərazi iddialarıdır.
Azərbaycanın gücü milli birlikdədir.
Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Daha çox xəbər:
Azər Əliyev: 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, ...
CəmiyyətSevda xanım Vəzirova: Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli q ...
CəmiyyətAğdamın işğalından 27 il ötür
CəmiyyətJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, SiyasətKönül Kərimova bu fotosunu paylaşıb ÖZÜNÜ TƏRİFLƏDİ
Şou biznes