Cəmiyyət
16 dekabr 2020
261
Bakıda yeni yol nişanları qoyulacaq - RƏSMİ + FOTO

Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
“Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.
Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər”, - deyə qurum bəyan edib.

Daha çox xəbər:

Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
Cəmiyyət
Bakıya 115 yeni avtobus gətirilir - Foto
İqtisadiyyat
Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
Ölkə
941 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi — RƏSMİ
Cəmiyyət
1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib — RƏSMİ
Cəmiyyət