Cəmiyyət
29 dekabr 2020
272

Dünən rayona getmək istəyən 2538 maşın qaytarılıb

Dünən rayona getmək istəyən 2538 maşın qaytarılıb


Daxili İşlər Nazirliyi dünən postdan qaytarılan maşınların sayını açıqlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

2020-ci ilin dekabrın 28-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2538 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2365 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.