Cəmiyyət
08 yanvar 2021
309
Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaşdırılır - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.
Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha çox xəbər:

Müdafiə Nazirliyi qoşunlarımızın təminatı ilə bağlı məlumat yaydı - VİDEO
Sosial
Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı
Ölkə
Zakir Həsənov: “Azərbaycan Ordusu sərt qabaqlayıcı tədbirlərin görülməsinə ...
Siyasət
İlham Əliyev hərbi hissənin açılışında
Gündəm, Siyasət
Zakir Həsənov şəxsi heyəti təbrik etdi
Ölkə