Ölkə
16 dekabr 2020
288
Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.
Bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan” qəzetindəki məqaləsində məlumat verib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirib, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb:
“Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib”.
Daha çox xəbər:
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb - RƏSMİ
Cəmiyyət“Xankəndi, Xocavənd, Xocalı da Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdik ...
SiyasətFHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
Sosialİşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏS ...
CəmiyyətDüşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - ...
Hadisə