Siyasət
03 dekabr 2020
283
“Xankəndi, Xocavənd, Xocalı da Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir”
“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə ədliyyə orqanlarının fəaliyyətinin bərpası davam etdirilir, işğal zamanı da işğal altında olan rayonların məhkəmələri fəaliyyət göstərirdi: “Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla kompkletləşdirilməsi işlərinə başlanılıb. İşğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olan əməkdaşlar da orada fəaliyyətini davam etdirmək arzusu ilə çoxsaylı müraciətlər edir. Çalışacağıq ki, qısa müddət ərzində idarənin kadr komplektləşdiriməsini başa çatdıraq”.
Daha çox xəbər:
FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
Sosialİlham Əliyev: "İşğal altında olan digər rayonların işğaldan azad edilməsin ...
SiyasətBoşanmış valideynlərin karantində uşaqla görüşünə qoyulan məhdudiyyət götür ...
ÖlkəBu nazirlikdə deputatın qardaşına yüksək VƏZİFƏ VERİLDİ
SiyasətƏdliyyə Nazirliyinin binasında yanğın - Video
Video, Hadisə