Ölkə
04 sentyabr 2020
291

Boşanmış valideynlərin karantində uşaqla görüşünə qoyulan məhdudiyyət götürüldü

Boşanmış valideynlərin karantində uşaqla görüşünə qoyulan məhdudiyyət götürüldü


Karantin zamanı uşaqların valideynləri ilə görüşünə qoyulan qadağa ləğv olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin sosial şəbəkə üzərindən keçirdiyi canlı yayım zamanı İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin martın 31-dən etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə qoyulan məhdudiyyətlər artıq götürülüb:

“Sərt karantin rejimi zamanı valideynlər övladları ilə virtual görüşürdülər. Müvafiq cihazı olmayanlar təmin olunurdu. Artıq karantin rejimi yumşaldığı üçün valideynlərin uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradırıq”.