Cəmiyyət
22 yanvar 2021
321
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
“Bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı daha sürətli açılmalara gedilə bilər. Amma bu, yoluxma hallarının daha az riskli olması ilə bağlıdır”.
Oxu.Az məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, təbii ki, təhsil müəssisələrinin açılması düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər:
“Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formada əyani təhsilə qaytarmaqdır”.
Nazir dərslərin həftədə 3 dəfə keçirilməsindən də danışıb:
“Dərslərin həftədə 3 dəfə keçirilməsi zərurətdən irəli gəlir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölündüyü üçün həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi dördnövbəli edə bilmirik. V-IX siniflər əyani təhsilə keçəndə daha çox sıxlıq olacaq”.
Daha çox xəbər:
Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI
CəmiyyətNazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
ÖlkəBakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 d ...
ÖlkəNazir: "Ənənəvi təhsilə qayıtdıqda 1 və 2-ci siniflərin məktəbdə təhsilini ...
ÖlkəEmin Əmrullayev: "Təhsil sistemi üçün riskli situasiya yaranıb"
Ölkə