Cəmiyyət
22 yanvar 2021
353
Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI

"Bizim müəyyən sayda, əksəriyyət olmayan tələbəmizin ödəmə problemi var. Birinci növbədə bu problemin həll yolu ali təhsil müəssisələri ilə ümumi uzlaşmadadır. Bu mövzuyla bağlı səlahiyyətlər və imkanlar məsələsi var. Hər hansı formada buna fərdi qaydada baxmaq daha uyğundur, nəinki ümumilikdə".
Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib
Nazir əlavə edib ki, kiminsə bu pulun bir hissəsini ödəmək imkanı olur, kiminsə ümumilikdə ödəmək imkanı olmur: "Digər məsələ bu il yeni başlayıb. Bu il ərzində təhsil kreditləri ilə bağlı həm hökumət, həm də parlament arasında faydalı əməkdaşlığın nəticəsi olaraq təhsil kreditlərinin təqdim edilməsi haqqında planlar var".

Daha çox xəbər:

Uşaq bağçaları nə vaxt açılacaq? - RƏSMİ
Ölkə
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
Cəmiyyət
Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
Ölkə
Emin Əmrullayev: "Təhsil sistemi üçün riskli situasiya yaranıb"
Ölkə
Təhsil naziri təyin olundu — Emin Əmrullayev kimdir?
Ölkə