Cəmiyyət
28 yanvar 2021
233
Koronavirusdan sağalan xəstələrdə hansı əlamətlər qalır? - AÇIQLAMA
Koronavirusa yoluxub sağalan şəxslərə vaksinlər vurulmayacaq. Çünki onlarda təbii şəkildə yaranan antikorlar var.
Baku.ws xəbər verir ki, koronavirusu keçirənlərdə hansı əlamətlərin qalması geniş müzakirə olunan məsələlərdəndir.
Mövcud vəziyyət hansı səviyyədə özü ilə bərabər təhlükə daşıyır?
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib ki, koronavirusu keçirən şəxslər sonrakı dövrdə qalıq əlamətlərindən əziyyət çəkirlər:
"Bu, xəstələri çox narahat edir və bəzən panikaya da düşürlər. Elə düşünürlər ki, sanki onların xəstəliyi sona qədər müalicə olunmayıb və ya gələcək üçün hər hansı fəsad ola bilər.
Amma koronavirusdan əlamətlərin qalması xəstəlik müddətində düzgün aparılan müalicədən və ixtisaslı həkim tərəfindən uğurla yekunlaşmasından asılıdır. Təcrübələrimizdən görürük ki, koronavirusu keçirən şəxslərdə daha çox sinir, psixoloji problemlər özünü qabardır.
Yuxu pozğunluqları, nevroloji əlamətlər və panik ataklar xəstələrdə müəyyən müddət davam edir. Ümumiyyətlə, koronavirusu keçirən şəxslərdə əlamətlər 2-4 ay müddətində davam edə bilər.
Bəzən xəstələr iy və dadbilmənin bərpa olunmamasından şikayət edirlər. Bu əlamətlər xəstələrdə təqribən 3-4 ay ərzində bərpa oluna bilər. Buna görə xəstələr qətiyyən narahat olmamalıdırlar".
Daha çox xəbər:
Vaksinasiya bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA
ÖlkəKoronavirusa tutulanlara bu dərmanlar yazılır - VİDEO
CəmiyyətTƏBİB: İndi cavanlarda koronavirus daha ağır formada keçir
ÖlkəHansı koronavirus xəstələri xəstəxanaya aparılır? – Nazirlikdən açıqlama
ÖlkəƏl öpərək koronavirusu müalicə edəcəyini iddia edən şəxs bu virusdan öldü
Dünya