Ölkə
14 yanvar 2021
289
Vaksinasiya bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA

"Bütün növ koronavirusa qarşı vaksinlər təsirlidir. Sadəcə olaraq effektləri müəyyən qədər fərqli - az yaxud çox ola bilər. Amma mütləq şəkildə vaksinasiya xeyirlidir. Sadəcə xeyri bir qədər az ola bilər, zərəri milyonda bir olacaq".
Baku.ws xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev bildirib.
Onun sözlərinə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranmış anti-cisimlərin qanda miqdarı yetərli qədər olmaya bilər:
"Tutaq ki, anti-cisimlərin iki dəfə vaksinləşmədən sonra 5-6 ay olması planlaşdırılır. Lakin ola bilər ki, bəzi şəxslərdə bu müddət daha tez başa çatsn. Lakin bu, hamıya aid deyil. Bunu kontrol qan analizləri ilə tənzimləmək olar.
Amma vaksinin ciddi yan təsirlərinin olması barədə dezinformasiyalar və ya hansısa ölkədə vaksindən ölənlərin olması barədə şayiələr absurd fikirlərdir. Biz hamımız vaksin etdirməyə can atmalıyıq".

Daha çox xəbər:

Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Cəmiyyət
DİQQƏT! Karantin rejimi ilə bağlı vacib xəbər — 15 gün sonra...
Sosial
Koronavirusa qarşı peyvənd kimlər üçün təhlükəli ola bilər - TƏBİB-dən AÇIQ ...
Ölkə
Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!
Sosial
Peyvənd müalicə üsulu deyil – Baş infeksionist
Dünya