Sosial
04 yanvar 2021
321
DİQQƏT! Karantin rejimi ilə bağlı vacib xəbər — 15 gün sonra...
"Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik".
Milli.az xəbər verir ki, bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:
"Peyvəndin virusa yoluxma, xəstəlik göstəricilərini azaltmasını gözləyirik. Daim virusda mutasiyalar gedir. Əgər çox ciddi bir mutasiyalar getməsə vaksinin effektivliyi yüksək olacaq. Yox, əgər gözlənilənlərin əksinə olaraq virusda ciddi bir mutasiya gedərsə, bu halda vaksinasiyanın effektivliyi aşağı enəcəyi üçün hələ də müxtəlif qorunma tədbirlərinin, qaydaların qalmasına ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada sərt karantin rejimini nəzərdə tutmuram. Amma sosial məsafənin saxlanılması, maskadan düzgün istifadə, əl gigiyenası ən azı qarşımızdakı il ərzində bizim davamlı həyat qaydamıza çevrilməlidir. Yəni, insanlar vaksinasiya olunduqdan sonra belə maska taxmalı, əl gigiyenasına riayət etməli və sosial məsafəni gözləməlidir.
Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.
Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz. İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.
Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq. Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır".
Daha çox xəbər:
Baş İnfeksionist ÜST-nın YENİ qərarından DANIŞDI — Bizdə də karantin rejimi ...
CəmiyyətKarantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Cəmiyyətİyulun 20-dən sonra sərt karantin rejimi yumşaldılacaq? — AÇIQLAMA
Cəmiyyətİki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? — AÇIQLAMA
Cəmiyyətİki həftəlik sərt karantin rejimi ilə bağlı — MÜHÜM AÇIQLAMA
Gündəm, Cəmiyyət