Cəmiyyət
02 mart 2021
319
Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.
Bu barədə “Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.
Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.
Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.
Daha çox xəbər:

Əsirlikdən azad edilən Amin və Bayram nə vaxt EVƏ BURAXILACAQ?
Cəmiyyət
Vətən Müharibəsindəki qələbəmiz əfqanıstanlı rəsmilərlə müzakirə edildi
Siyasət
Erməni əsirliyindən azad edilmiş şəxslərin tam siyahısı və şəkilləri yayıml ...
Cəmiyyət
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
Cəmiyyət, Video
Əsir düşən Bayramın atası BQXK-nın ofisinə çağırıldı
Cəmiyyət