Cəmiyyət
29 iyun 2020
397
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var — FOTO

“Bu gün “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var”.
Oxu.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, borc məsələsinin köklü həlli yoxdur:
“Yenə də yəqin ki, “Azəristiliktəchizat” ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, “Azəristiliktəchizat”da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil”.

Daha çox xəbər:

Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb
Cəmiyyət
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi ...
Gündəm, Cəmiyyət
ABŞ-da 45 milyon insan işsiz qaldı
Dünya
ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb
Dünya
Qaz xəttinə qanunsuz qoşulma 800 abonenti qazsız qoydu
Kriminal