Cəmiyyət
09 iyul 2020
412
Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb
![Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb](https://qafqazinfo.az/uploads/1587448972/neft.jpg)
2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Qafqazinfo” Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub.
Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Ölkədə neft emalı 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.
![Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb](https://qafqazinfo.az/uploads/1594272586/thumbnail_NEFT.jpg)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Neftin qiyməti 150 dollar olacaq — ŞAD XƏBƏR](http://olke.az/uploads/1594370719/neft.jpg)
Neftin qiyməti 150 dollar olacaq — ŞAD XƏBƏR
Gündəm, Ölkə![Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”](http://olke.az/uploads/1593502363/miki2.jpg)
Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
Gündəm, Cəmiyyət![ABŞ-da 45 milyon insan işsiz qaldı](https://qafqazinfo.az/uploads/1586342738/florida-min.jpg)
ABŞ-da 45 milyon insan işsiz qaldı
Dünya![“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var ...](http://olke.az/uploads/1593372090/manat.jpg)
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var ...
Cəmiyyət![Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı](http://olke.az/uploads/1591344505/ыукутсфь.jpg)
Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
Gündəm, Siyasət