Cəmiyyət
12 mart 2021
332
“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb

Məşhur “Veysəloğlu” Şirkətlər Qrupunun satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.
Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.
Daha çox xəbər:

DİN fəalların şəxsi yazışmalarının yayılmasını araşdırır
Hadisə
Bu tarixdən siqaretlər bahalaşacaq
İqtisadiyyat
İşdən çıxarıldığı şirkətdən 50 min tələb edir
Ölkə
Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu
Dünya
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var ...
Cəmiyyət