Cəmiyyət
16 mart 2021
365

Anar Nuriyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Nuriyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyev - Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər.

Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.

Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.

Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyevdir.

Məktəb 1985-ci ildən 1990-cı ilədək Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbinin filialı kimi fəaliyyət göstərib. 1990-ci ildən sərbəst məktəb kimi fəaliyyətə başlayıb.

Anar Nuriyev 1977-ci ildə Sumqayıtda anadan olub. Musiqişünas ailəsində doğulduğu üçün uşaqlıqdan musiqiyə həvəsi olub. Sumqayıtda Səid Rüstəmov adına musiqi məktəbində skripka ixtisası üzrə təhsil alıb.
1999-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra hərbi xidmətə getmiş və hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının tərkibindəki musiqi kollecində oxuyub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıtdakı “Dostluq” mədəniyyət evində başlayıb. Hazırda Saray qəsəbə musiqi məktəbinin direktorudur.
Onun sözlərinə görə, Saray qəsəbəsində musiqiyə, incəsənətə maraq böyükdür. Hazırda məktəbdə 300 şagird təhsil alır. Onların təlim-tədrisi ilə 60-dək müəllim məşğul olur.
Mədəniyyət qayğı sevir. Biz də bu qayğını daim hiss edirik. Ona görə də kollektivimiz Mədəniyyət və Turizm Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə məktəbimizə göstərilən diqqətə görə minnətdardır. Bizə bədbin olmaq yaraşmır. İnanıram ki, bir gün işğal altındakı torpaqlarımız azad olacaq.

Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Anar Nuriyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Nuriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Anar Nuriyevdən danışdılar yaxşı ki, Anar Nuriyev Saray Uşaq İncəsənət Məktəbinin direktoru təyin olunub… Anar Nuriyev öz isguzarlığı ilə tanınır və seçilir….

Anar Nuriyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Anar Nuriyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Anar Nuriyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Anar Nuriyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Anar Nuriyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Anar Nuriyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Anar Nuriyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Nuriyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Saray Uşaq İncəsənət Məktəbinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Anar Nuriyev özünü doğruldub. Bizdə hörmətli Anar Nuriyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.