Cəmiyyət, Video
19 mart 2021
1025
Kimlərə karantin qaydaları tətbiq olunmaya bilər? - VİDEO
Koronavirusa yoluxduğu təsdiq olunan və 2-ci doza peyvəndi qəbul edən şəxslərə karantin qaydaları tətbiq edilməyəcək. Bu qaydalar Türkiyədə tətbiq olunacaq.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında müvafiq dəyişiklik edib.
Qaydalara görə, qeyd olunan şəxslər 3 ay müddətində sərbəst hərəkət edə biləcəklər.
Bəs Türkiyədə tətbiq ediləcək bu karantin təcrübəsi Azərbaycanda da həyata keçirilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Türkiyə təcürbəsinin ölkəmizdə tətbiqi daha məqsədəuyğun olar. Çünki vaksinasiyada ilk doza vurulandan 28 gün sonra tam doza vurulur. Ümumilikdə isə, 42 gün sonra insanda virusa qarşı immunitet formalaşır.
Adil Qeybulla deyib ki, belə olduğu təqdirdə həm də insanlarda vaksinasiyaya qarşı maraq daha da artacaq.
Professor hesab edir ki, ölkəmizdə də bu cür qaydalar tətəbiq edilməlidir.
Daha çox xəbər:
Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA
CəmiyyətƏhaliyə ŞAD XƏBƏR: Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək
SosialTürkiyədə karantin yenidən bərpa olundu
DünyaAzərbaycanda toylar iki saatlıq keçirilə bilər — AÇIQLAMA
Cəmiyyət“Getdikcə yoluxma və ölüm artacaq“ – Azərbaycanlı professordan ŞOK
Ölkə