Cəmiyyət
01 sentyabr 2021
324
Bir doza pevənd vurduranlara qadağa - Hotellər, restoranlar və "mall"lar (RƏSMİ)
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan və peyvənd vurdurmayan şəxslər mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə obyektlərinə buraxılmayacaq.
Sözügedən qərar vətəndaşlar arasında bir qədər çaşqınlıq yaradıb. Vətəndaşlar həmin məkanlar bir, yoxsa iki doza peyvənd vurduran şəxslərin buraxılıb-buraxılmaması sual doğurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, mehmanxana, iri ticarət mərkəzləri və ictimai iaşə müəssisələrinə hər iki doza peyvənd vurdurmuş şəxslər daxil ola biləcək: "Bir doza peyvəndin vurulması, vaksinayadan keçmək hesab olunmur".
Qeyd edək ki, COVID pasportu koronavirus əleyhinə hər iki doza peyvənd vurdurmuş şəxslərə verilir.
Daha çox xəbər:
Bərbərxanalar və gözəllik salonlarının COVID pasportu suallarına RƏSMİ AÇIQ ...
CəmiyyətBu gündən bir sıra məkanlara giriş üçün COVID-19 pasportu tələb olunacaq
CəmiyyətPeyvənd olunmaq istəyən 50 yaşdan yuxarı şəxslərin nəzərinə!
ÖlkəBayden də peyvənd olunacaq
DünyaKoronavirus peyvəndinin qiyməti bəlli oldu
Ölkə