Cəmiyyət, Kriminal
02 avqust 2024
85
2024-cü ilin iyul ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə 74 nəfər zəhərlənmə səbəbi ilə qəbul edilib.
Məlumata görə, xəstələrin 32-si dərmandan, 22-si sirkə turşusundan, iki nəfəri kimyəvi maddələrdən, iki nəfəri fosfor üzvi birləşmələrindən, bir nəfəri isə qidadan zəhərlənib.
Bundan əlavə, yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər isə anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, beş nəfər (dörd kişi, bir qadın) zəhərlənmənin nəticəsi olaraq həyatını itirib. Ölüm hallarının sirkə turşusundan zəhərlənmədən qaynaqlandığı bildirilib.
Daha çox xəbər:
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
KriminalAzərbaycanda həbsdən qaçanların sayı bilindi - RƏSMİ
CəmiyyətSüni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
CəmiyyətAzərbaycanda COVID-19-dan ölənlərin sayı — 200 NƏFƏRİ KEÇDİ
ÖlkəAzərbaycanda koronavirusdan da qorxulu xəstəliklər var – Dəhşətli STATİSTİK ...
Ölkə