Cəmiyyət
10 iyul 2020
340
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz — SƏBƏB AÇIQLANDI
"Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir".
Bunu baku.ws-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, hazırda Bakı şəhərində yoluxma faizi yüksəkdir: "Bunu dəqiq bilməsəm də, demək olar ki, elə bir bina, qəsəbə, rayon yoxdur ki, orada koronavirusa yoluxan şəxs olmasın. Ona görə 100 adam dənizə gedərsə, onların içində mütləq şəkildə böyük ehtimalla koronavirusa yoluxacaq şəxs olacaq".
Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Daha çox xəbər:
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər” – Baş infeksi ...
Gündəm, CəmiyyətDaha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi
Cəmiyyət"Semaşko"da bu gecə 20 koronavirus xəstəsi ölüb? — RƏSMİ AÇIQLAMA
KriminalOqtay Şirəliyev haradadır?
ÖlkəAzərbaycanda daha 367 nəfər koronavirusa yoluxub — 3 nəfər vəfat edib
Ölkə