Cəmiyyət
16 oktyabr 2020
1088
İctimai nəzarətin gücləndirilməsi hər bir vətəndaşın borcudur
Ölkəmizin torpaqlarının düşmən ölkənin əlindən alınması uğrunda gedən müharibənin təfərrüatları hər bir vətəndaşımıza məlumdur. Prezidentimiz İlham Əliyevin mütəmadi ətraflı, qətiyyətli çıxışları hər birimizin qəlbini qürur, fərəh və yüksək ümid hissi ilə doldurur. Müharibə gedən ölkədə ön və arxa cəbhənin birgə mübarizəsinin vacib və əhəmiyyətli olmasını uşaqdan böyüyə hər bir vətəndaşımız dərk etməlidir. Rəsmi mənbələrin məlumatlarına və tapşırıqlarına uyğun fəaliyyətimizin ən aktual dövrünü yaşayırıq.Təəssüflə qeyd etməliyik ki, düşmənlə birgə aramızdakı şəxsi mənafeyini güdən, azərbaycanlı adına layiq olmayan bir çox insancıqlarla mübarizə də asan deyil.Mənfur düşmənlə birgə aramızdakı düşmənlərdən də təmizlənəcəyimiz gün uzaqda deyil.Bunun üçün də ictimai fikrin düzgün formalaşması, ictimai nəzarətin gücləndirilməsi üçün yorulmadan çalışmalıyıq.Ölkəmizin bu çətin dövründə rüşvətxorluqla mübarizə və yalan informasiyaların qarşısının alınması da ən önəmli vəzifələrdən biridir. Bu yolda birgə fəaliyyətin reallaşdığı ictimai biriklərin arasında İctimai Nəzarət Koalisiyasının üstün və əhəmiyyətli rolu artıq çoxlarına bəllidir.Ölkəmizin bütün rayonlarındakı nümayəndəlikləri ilə birlikdə yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə hər zaman həyatımızın hər bir sahəsində baş verən qanunsuzluqlara mübarizə aparan, mədəni, ictimai, sosial tədbirləri ilə daim gündəmdə olan İctimai Nəzarət Koalisiyasının Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi ilə birgə fəaliyyətinin axarında bu gün müharibə dövrünün qanun və qaydalarına uyarlılıq, riayət və dəstək xüsusi əhəmiyyət daşıyır.Və İNK 5 il ərzində olduğu kimi, bu gün də fiziki və sosial məhdudiyyətli insanlara, şəhid ailələrinə qarşı diqqət və qayğını ön planda tutur. Hər bir vətəndaşımıza qarşı olan haqsızlıqların müəyyən edilib, aradan qaldırılması üçün gecə-gündüz çalışır.Bu mübarizədə təəssüf olunan yeganə məqam İNK-nın özünün uğradığı böhtan və haqsızlıqların aradan qaldırılmasına ayırdığı vaxtdır.İnsani xislətlərin çirklənməsinə xidmət edən böhtan, yalan və paxıllıq ikrah doğurmaqla yanaşı, insanların doğru yoluna sipər çəkməyə xidmət edir.Bu mübarizədə hər zaman olduğu kimi, doğrunun qələbə çalacağına inamımızı itirməməliyik.İctimai Nəzarət Koalisiyası bu inamın doğrultması, haqqın qələbə çalması üçün daimi mübarizəsini əksiltmədiyi kimi…….İctimai Nəzarət Koalisiyası xalqın görən gözü, vuran əlidir. İçindəki pislikləri təmizləməyi də hər zaman bacarmışdır.Mənfur düşmənlə mübarizəyə dəstək olmalı olduğumuz bu dövrdə də bunu bacarırıq.İNK-nı daha yaxından tanımaq istəyənlər bizim aramızda olmalıdır. Birgə mübarizəmiz və fəaliyyətimiz bütün haqsızlıqlara qalib gələcək.
Rasim Məmmədov
İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim
Daha çox xəbər:
AQTA-dan hərbi vəziyyətlə bağlı sahibkarlara ÇAĞIRIŞ
CəmiyyətBu gün oktyabrın 1-i İctimai Nəzarət Koalisiyasının yaranmasının 5 ili tama ...
Siyasətİri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
İqtisadiyyatVilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yal ...
Siyasət