Cəmiyyət
07 iyul 2020
1132
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.
ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:
“Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.
G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:
“İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.
Daha çox xəbər:
Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə ...
ÖlkəAzərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu
CəmiyyətBakıda sevgililər koronavirusa yoluxdu — "Üzük almışdı, evlilik təklifi ed ...
CəmiyyətBakıda bank işçisi koronavirusa yoluxdu — Filial bağlandı
CəmiyyətAzərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayı ...
Ölkə