Dünya
22 iyul 2020
244
Zelenski terrorçunun istəyini yerinə yetirdi - Yenilənib + Video
Ukrayna Prezidenti Vladimir Zelenski Lutskda avtobusdakı sərnişinləri girov götürən kişinin istəyini yerinə yetirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu ümumi tələblər irəli sürüb və ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısının vətəndaşları "Yer sakinləri" (“Earthlings”) filminə baxmağa çağırmasını tələb edib.
“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”, - Zelenski feysbukda yayımladığı videomüraciətdə deyib.
Qeyd edək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Film insanın heyvanlarla vəhşi rəftarı probleminə, həmçinin qlobal miqyasda heyvandarlıq və balıqçılığın zərəri məsələlərinə həsr olunub.
***
Ukraynanın Lutsk şəhərində avtobusdakı sərnişinləri girov götürən kişi onları buraxıb. Bundan sonra hadisə yerində partlayış baş verib.
***
Girovların çıxmasına qədər, avtobusdan terrorçunun özü çıxıb. Ona tərəf dərhal bir neçə xüsusi təyinatlı qaçıb və onu yerə uzadıb.
***
Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski bir qədər əvvəl terrorçunun istəyi ilə feysbuk vasitəsilə hər kəsi “Yer kürəsi” filminə baxmağa dəvət etməsi ilə bağlı videomüraciəti silib.
Daha çox xəbər:
Erməni millətçiləri Ukrayna səfirliyinə hücum edib
Dünya"Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Naziri tapa bilmirdim" — Prezi ...
Gündəm, SiyasətAzərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış — Yaralılar var - YENİL ...
KriminalBakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film — VİDEO
ÖlkəUkraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar
Kriminal