Dünya
23 iyul 2020
310
Koronavirusdan qoruyan dərman hazırlandı

Amerikalı alimlər COVİD-19-u neytrallaşdıran antitel qarışımı hazırlayıblar.
Bu barədə “Rosbalt” məlumat yayıb. Məlumata görə, hazırlanmış antitel qarışımı siçanlar üzərində təcrübədən keçirilib və bu qarışımın virusa qarşı müdafiə xarakterli olduğu aşkarlanıb.
Beləliklə, alimlər bu qənaətə gəliblər ki, onların hazırladıqları antitel qarışımı insan orqanizmini virusdan müdafiə edə bilər və hətta onun müalicəsində yararlı hesab edilə bilər. Alimlər hazırda bu qarışımı digər heyvanlar üzərində də təcrübədən keçirməyi planlaşdırır və ondan sonra isə bu “kokteyl” insanlar üzərində sınaqdan keçiriləcək.
Qeyd edək ki, əgər təcrübə uğurlu alınsa, bu “kokteyl”dən koronavirusun müalicəsində istifadə olunacaq. /Cebhe. info/

Daha çox xəbər:

Alimlər koronavirusa qalib gələn ölkələrin — SİRRİNİ AÇDI
Dünya
Alimlər koronavirusa yeni yoluxma riskini aşkarladılar
Dünya
Amerikalı alimlər koronavirusa qarşı dərman TAPDI
Dünya.jpg)
Koronavirusa qarşı immunitet bu yolla da qazanılır — Alimlərdən ŞOK KƏŞF
Dünya
Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd...
Dünya